Vaşinqtonda tornado xəbərdarlığı elan edilib

Vaşinqtonda tornado xəbərdarlığı elan edilib
# 25 fevral 2016 01:38 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın paytaxtı Vaşinqtonda tornado xəbərdarlığı elan edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hazırda Vaşinqtonda güclü külək və ildırımla müşahidə olunan yağış yağır.

“Tornado barədə xəbərdarlıq qüvvədə qalır”, ABŞ Milli Hava Xidmətinin açıqlamasında deyilir.

Şəhərin bəzi ərazilərində daşqınların baş verəcəyi istisna edilmir. Sinoptiklərin proqnozlarına görə, küləyin sürəti saatda 100 km-ə çata bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR