"Günay Bank"ın rəhbərliyində dəyişiklik olub

"Günay Bank"ın rəhbərliyində dəyişiklik olub
# 21 sentyabr 2015 09:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Günay Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub.

"APA-Economics"in məlumatına görə, Əmiraslanov İlham Atxan oğlu Müşahidə Şurasının üzvlüyündən çıxarılıb. Onun yerinə Leyla Abuzər qızı Nağıyeva Müşahidə Şurasının üzvü seçilib.

L. Nağıyeva bundan öncə Audit Komitəsinin üzvü olub. Onun yerinə bu vəzifəyə Rəcəbov Vüqar Oqtay oğlu təyin edilib.

Bankdan faktı "APA-Economics"ə təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR