Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 451 nəfəri peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 451 nəfəri peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib
# 14 mart 2016 12:08 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti işsiz və işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması tədbirlərini davam etdirir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economoics”ə verilən xəbərə görə, cari ilin yanvar-fevral aylarında Xidmət tərəfindən respublikanın rayon və şəhərlərində dərzi, kompüter istifadəçisi, kompüterçi-dizayner, elektrik montyoru, qazanxana maşinisti, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, vizajist, bərbər və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub.

Peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan 451 nəfər həmin kurslara cəlb edilib. Onlardan 70,2%-i gənclərdən ibarət olub.

Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların kursları bitirdikdən sonra yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təminatı istiqamətində də tədbirlər həyata keçiriləcək. Bundan başqa, yanvar-fevral aylarında əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan 25145 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR