AMEA Dilçilik İnstitutuna direktor təyin olunub

AMEA Dilçilik İnstitutuna direktor təyin olunub
# 11 dekabr 2015 09:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna yeni direktor təyin olunub.

APA-nın xəbərinə görə, AMEA rəhbərliyinin qərarı ilə bir müddət əvvəl institutun direktoru vəzifəsini icra edən Möhsün Nağısoylu bu vəzifəyə təyinat alıb.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli M. Nağısoylunu kollektivə təqdim edib.

Qeyd edək ki, Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev noyabrın 27-də mənzilində dəm qazından boğularaq dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR