Mövqelərimiz iriçaplı pulemyotlarla atəşə tutulub

Mövqelərimiz iriçaplı pulemyotlarla atəşə tutulub
# 20 sentyabr 2016 07:17 (UTC +04:00)

Bakı-APA. Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.


İşğal altında olan Füzuli rayonunun Horadiz kəndi yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR