Türkiyə prezidenti Nyu-Yorkda Qətər əmiri ilə görüşüb

Türkiyə prezidenti Nyu-Yorkda Qətər əmiri ilə görüşüb
# 20 sentyabr 2016 02:58 (UTC +04:00)

Bakı-APA. BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş “Peninsula New York Hotel”-də baş tutub. Qətər şeyxini Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qarşılayıb.

Məlumata əsasən, Türkiyə prezidenti ilə Qətər Şeyxi arasında 1 saat 20 dəqiqə davam edən görüş mətbuat üçün qapalı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR