Çempionlar Liqası: “Düdelanj” – “Qarabağ” - 1:1

 Çempionlar Liqası: “Düdelanj” – “Qarabağ” - 1:1
# 20 iyul 2016 20:03 (UTC +04:00)

Bakı-APA. Bu gün Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsi çərçivəsində növbəti cavab oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, ölkəmizin bu turnirdə yeganə təmsilçisi "Qarabağ" Lüksemburqda “Düdelanj”ın qonağı olub.

İlk görüşdə 2:0 hesablı qələbə qazanan Azərbaycan çempionu səfərdə son anda məğlubiyyətdən qaçıb. 72-ci dəqiqədə hesabda geri düşən Ağdam təmsilçisi matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Reynaldo ilə tarazlığı bərpa edib.

Beləliklə, iki oyunun nəticəsinə görə, üstün olan "Qarabağ" adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası III təsnifat mərhələsində “Viktoriya” (Plzen, Çexiya) ilə üz-üzə gələcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

20 iyul

“Düdelanj” – “Qarabağ” - 1:1

N`Diaye, 72 - Reynaldo, 90+4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR