Ceyranbatan su anbarı ətrafında baş vermiş yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Ceyranbatan su anbarı ətrafında baş vermiş yanğın məhdudlaşdırılıb - <span style="color: red;">YENİLƏNİB
# 07 iyun 2016 17:48 (UTC +04:00)

Bakı - APA. Ceyranbatan su anbarının ətrafında baş vermiş yanğının söndürülməsinə helikopter cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, artıq yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürlməsi istiqamətində işlər aparılır.

*** 18.26

Bakı. Etibar Məmmədov – APA. Abşeron rayonunda, Ceyranbatan su anbarının ətrafında kol-kos və qismən ağaclıq sahədə yanğın başlayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hazırda hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.



Yanğının söndürülmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR