“Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyinin Vergilər Nazirliyinə qarşı iddiası təmin edilməyib

“Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyinin Vergilər Nazirliyinə qarşı iddiası təmin edilməyib
# 29 iyun 2016 18:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyinin Vergilər Nazirliyinə qarşı iddiası üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə iddianı mümkünsüz sayıb.

Qeyd edək ki, nümayəndəlik 2015-ci ilin yanvarından 2016-cı ilin martınadək “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyində aparılan yoxlama nəticəsində vergi orqanının tərtib etdiyi "Akt"ın ləğvi və həmin "Akt" əsasında çıxarılan qərarın etibarsız sayılmasına dair iddia ilə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR