Naxçıvanda "Plov" və “Yallı” festivalları keçiriləcək

Naxçıvanda "Plov" və “Yallı” festivalları keçiriləcək
# 29 sentyabr 2016 13:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Sentyabrın 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Plov” və “Yallı” festivalları keçiriləcək.

APA-nın məlumatına görə, festivallarda plov nümunələri nümayiş etdiriləcək, qədim yallılar ifa olunacaq. “Ən dadlı plov” müsabiqəsinin qalibləri və “Ən yaxşı yallı” kollektivləri mükafatlandırılacaq.

Azərbaycanda plovun 200-dən çox növü var. Festivalda nümayiş olunacaq müxtəlif plov növləri peşəkar və həvəskar aşpazlar tərəfindən hazırlanacaq.

Hazırda muxtar respublikada 40-dan çox yallı oynanılır. Yallını xoreoqrafik məzmununa görə 2 növə – süjetli və rəqs yallılarına ayırırlar. Süjetli yallılar teatrlaşmış xalq oyunları olduğu üçün oyun yallısı adlanır. Rəqs yallılarında isə qəhrəmanlıq motivləri, çeviklik, cəsarət əks olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR