Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il Azərbaycanda elektron ticarət dövriyyəsi artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 8,3 mln. manatlıq və ya 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,1% çox istehlak məhsulları satılıb.
Elektron şəbəkə vasitəsi ilə qeyri-ərzaq məhsullarının satışı əvvəlki ilin yanvar-iyul aylarının səviyyəsini real ifadədə 0,3% üstələyərək 8,1 mln. manata bərabər olub.