Vergi borcuna görə 308 şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb

Vergi borcuna görə 308 şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb
# 24 avqust 2016 10:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov- APA-Economics. Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 23 avqust tarixinə vergi borcu olduğuna görə 308 şəxsin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında xarici ölkələrin 4 vətəndaşı da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR