Xırdalanda ata qızını qətlə yetirib

Xırdalanda ata qızını qətlə yetirib
# 21 iyul 2016 10:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeron rayonunda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 20-də Xırdalan şəhərində yaşayan Zəhra Əliyarovanın evindən onun qardaşının qızı, Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR