Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Qoç Ət" MMC-də satış meneceri işləmiş Etibar Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə E. Aslanov 8 il müddətinə şərti olaraq, azadlıqdan məhrum edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, E. Aslanov Cinayət Məcəlləsinin 179-cu(mənimsəmə) maddəsinə əsasən ittiham edilib.