BVF Ukraynaya maliyyə yardımı ayrılması barədə sənədi təsdiqləyib

BVF Ukraynaya maliyyə yardımı ayrılması barədə sənədi təsdiqləyib
# 14 sentyabr 2016 23:44 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası Ukrayna ilə əməkdaşlıq proqramının uzadılması və maliyyə yardımının ayrılması barədə sənədi təsdiqləyib.

APA-nın “112 Ukrayna”-ya istinadən verdiyi xəbərə görə, bu barədə özünün “Tvitter” səhifəsində Ukrayna prezidenti Pyotr Poroşenko yazıb.

“Bu dəqiqələrdə Beynəlxalq Valyuta Fondu Ukrayna ilə əməkdaşlıq proqramının uzadılması və maliyyə yardımının ayrılmasına qərar verdi”, P.Poroşenko vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın maliyyə naziri Aleksandr Danilyuk rəsmi Kiyevə Beynəlxalq Valyuta Fondu tərəfindən 1 milyard dolların ayrılacağını bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR