“Qalatasaray” avrokuboklardan uzaqlaşdırılıb

“Qalatasaray” avrokuboklardan uzaqlaşdırılıb
# 10 fevral 2016 14:39 (UTC +04:00)

Bakı - APA. UEFA “Qalatasaray” klubunu cəzalandırıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, qitə futbol qurumu maliyyə “feyr-pley” tələblərini pozan “sarı-qırmızılılar”a avrokuboklardan 1 illik kənarlaşdırılmaqla bağlı cəza tətbiq edib.

Bu barədə İstanbul klubunun prezidenti Dursun Özbək məlumat verib.

O bildirib ki, klubun cəzalandırılmasının günahkarı sabiq rəhbərlikdi: “Avropanın ali futbol qurumu “Qalatasaray”a 1 illik cəza kəsib: Zərərin həcmi 164 milyon avroya bərabərdi. UEFA-ya bizim idarə heyətinə şans verilməsinin vacib olduğunu söylədim. “Qalatasaray”ı 1 illik cəzalandırdılar. Amma bu cəza haqsızdı. Bu günə qədər “Qalatasaray”a rəhbərlik edənlər bəzi şeyləri gözdən qaçırıblar”.

Özbək əlavə edib ki, ayın 23-də UEFA nümayəndələri ilə onlar arasında görüş keçiriləcək: “Görüşə futbol dünyasının yaxından tanıdığı vəkil Jan Lui Duponla gedəcəyik. “Qalatasaray”ın əvvəlki idarə heyətinin bəzi şeyləri bacarmadığını düşünürəm. Tələbləri yerinə yetirə bilməsək, baş verənləri “Qalatasaray” camiəsi daşıya bilməz. Əlimizdə olanları satmaqla vəziyyətdən xilas olmağın tərəfdarı deyiləm. Bunu nə özümə, nə də azarkeşlərimizə yaraşdıraram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR