Gürcüstanda nəşr olunan azərbaycandilli "Gürcüstan” qəzetinin 95 yaşı tamam olub

Gürcüstanda nəşr olunan azərbaycandilli "Gürcüstan” qəzetinin 95 yaşı tamam olub
# 25 mart 2016 23:25 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Martın 25-də Gürcüstanda nəşr olunan azərbaycandilli "Gürcüstan" qəzetinin 95 illik yubileyi tamam olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu münasibətlə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, baş naziri Giorgi Kvirikaşvili və parlament sədri David Usupaşvili qəzetin kollektivini təbrik ediblər.

Gürcüstan prezidenti qəzetin iki ölkə xalqları arasında tarixi dostluğun möhkəmləndirilməsi dəyərlərinə xidmət göstərdiyini, etnik azlıqların cəmiyyətə inteqrasiyasına imkan yaratmasının təqdirəlayiq olduğunu bildirib. Prezident qəzetin əməkdaşlarına peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Parlament sədri D. Usupaşvili "Gürcüstan" qəzetinin gürcü jurnalistikasında mühüm yer tutduğunu bildirib: "Gürcüstanın azərbaycanlı əhalisi məhz bu mətbuat orqanı vasitəsilə qanunvericilikdəki dəyişikliklər, islahatlar, sosial-iqtisadi vəziyyət və digər aktual məsələlər barədə operativ məlumat alır".

Qəzetin yubiley sayında həmçinin Gürcüstanın dövlət və hökumət adamlarının, rayon rəhbərlərinin, qocaman jurnalistlərin xatirələri, məqalələri və oxucuların təbrik məktubları dərc edilib.

Qeyd edək ki, "Gürcüstan" qəzeti 1921-ci nəşr olunur. Qəzet azərbaycanlıların kompakt yaşadığı bölgələrdə yayımlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR