Şahdağ istirahət kompleksinin ərazisində yanğın baş verib

Şahdağ istirahət kompleksinin ərazisində yanğın baş verib
# 08 dekabr 2015 05:57 (UTC +04:00)

Bakı-APA. Bu gün Şahdağ istirahət kompleksinin ərazisində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Qusar rayonu, Aladaş kəndində Şahdağ istirahət kompleksinin ərazisində tikintisi başa çatmamış mehmanxananın ərazisində fəhlələr üçün ayrılmış ümumi sahəsi 300 kv.m olan dəmir konstruksiyalardan ibarət tikilinin taxta üzlüyü 50 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR