İmişlidə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin başlıca istiqamətləri mövzusunda ictimai müzakirə keçirilib

İmişlidə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin başlıca istiqamətləri mövzusunda   ictimai müzakirə  keçirilib
# 02 iyul 2016 11:45 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Azərbaycan Respublikası prezideninin iqtisdi məsəllər üzrə koməkçisi xidməti və iqtisadi islahatların təhlili və kommunikasiyya mərkəzinin birgə təşkilatçılıgı ilə növbəti izctimai dinləmə İmişlidə keçirilib. İctimai müzakirələrdə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”-nin başlıca istiqamətləri sənədinin ictimai müzakirəsində Salyan, Saatlı, Sabirabad, Beyləqan, İmişli və Agcəbədi rayonlarının iş adamları də digər ictimayət nümayəndələri iştirak edib. . Tədbirdə çıxış edən İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev dövlət başçısının Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin başlıca istiqamətlərinin təsdiq edilməsi barədə imzaladıgı sərəncamın əhəmiyyətindən danışıb. Bildirib ki, sərəncama əsasən son bir il ərzində iqtisadi islahatlar və 2016-2020-ci illər üzrə strateji inkişaf planlarının hazırlanması və 2025-ci ilədək, habelə sonrakı dövr üçün strateji hədəflərin müəyyən edilməsi qərara alınıb. Çıxış edənlərdən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Elxan Mikayılov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı maliyyə nazirinin müavini Emin Hüseynli İqtidaiyyat Nazirliyinin nümayəndələri və başqaları “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin başlıca istiqamətləri barədə ətraflı məlumat veriblər. Bildirlib ki Seçilən inkişaf istiqamətləri ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində xarici investisiyaların ölkəmizə axını ixracda yerli malların rəqabətqabiliyyətliliyini artırılması, əsas məhsul qurupları üzrə idxalın yerli istehsalla əvəzlənməsini və paralel olaraq əhainin sosial rifahını gücləndirilməsini təmin edəcək, əhalinin məşğulluğu artracaq və nəhayət ölkəmizə xarici valyutaların daha çox gəlməsi təmin olunacaq.İctimai müzakirələrdə həmçinin pambıqçılıgın inkişafı iri fermer təssərüfatların yaradılması ,kooperasiya ictimai iaşə kiçik və orta sahibkarlıgın inkişafı ilə baglı təkliflər veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR