Azərbaycanda qanunsuz ov edən şəxslərdən silah-sursat götürülüb

 Azərbaycanda qanunsuz ov edən şəxslərdən silah-sursat götürülüb
# 10 dekabr 2015 09:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda qanunsuz ov edən şəxslər müəyyən edilib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov etmiş rayon sakinləri Balaca Zeynalovdan və Namiz Qurbanovdan 1 ədəd “TOZ-B” və 1 ədəd “TOZ-16” markalı ov tüfəngləri, habelə 1 ov quşu, Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov etmiş rayon sakini Feyruz Səlimovdan müvafiq sənədi olmayan 1 ədəd “Bum” markalı ov tüfəngi və habelə 1 ov quşu, İmişli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov etmiş rayon sakinləri Murtuz Əliyevdən və Zəkəriyyə Mirzəyevdən 1 ədəd “TOZ-16” markalı və 1 ədəd “İJ-18” markalı ov tüfəngləri, habelə 6 ov quşu götürülüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR