Azərbaycan Xalça Muzeyində “Naxışlarda yaşayan Şuşa” adlı tədbir keçiriləcək

Azərbaycan Xalça Muzeyində “Naxışlarda yaşayan Şuşa” adlı tədbir keçiriləcək
# 07 may 2016 14:55 (UTC +04:00)

Bakı-APA. Mayın 8-də tarixində saat 14:30-da Azərbaycan Xalça Muzeyində Şuşa şəhərinin işğalının 24-cü ildönümünə həsr olunmuş “Naxışlarda yaşayan Şuşa” adlı tədbir keçiriləcək.

Bu barədə APA-ya Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsul bildirib.

Məlumata görə, Xalça Muzeyinin Şuşa filialının hazırladığı “Naxışlarda yaşayan Şuşa” adlı tədbiri keçirtməkdə məqsədi, Azərbaycanın dilbər guşəsi, qədim, tarixi diyarımız olan Qarabağın işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini ictimaiyyətə çatdırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR