Avqustda 93 mindən çox avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

Avqustda 93 mindən çox avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub
# 01 sentyabr 2016 08:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin avqust ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 93 355 müqavilə qeydiyyata alınıb. İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, bunların 14 062-si xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

2016-cı ilin avqust ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,4 milyon manat təşkil edib.

2015-ci ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 4,7%, sığorta haqlarının məbləğində isə 2,6% artım müşahidə edilib.

Avqust ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin iyul ayı ilə müqayisədə 1,7% artaraq 79,2 manat təşkil edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR