Gürcüstanda azərbaycanlı jurnalistin üçəm nəvəsi olub

Gürcüstanda azərbaycanlı jurnalistin üçəm nəvəsi olub
# 15 mart 2016 06:32 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda azərbaycanlı ailəsində üçəm doğulub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, martın 14-də Qardabani rayonun Nəzərli kəndindən olan Nuridə Abdullayeva Tiflisin Quduşauri doğum xəstəxanasında üçəm körpə dünyaya gətirib. Körpələrdən ikisi qız, biri oğlandır. Onlar Nuridə və Oqtay Abdullayevin ilk övladlarıdır.

Üçəmlərin babası ATV-nin Gürcüstan üzrə xüsusi müxbiri Nadir Almazoğludur. N. Almazoğlu APA-nın əməkdaşına bunları deyib: “Bir il əvvəl ailə quran qızım Nuridənin üç övladı olub. Qızımın və körpələrin durumu normaldır. Üçəmlərdən birinin çəkisi 1,9, digərləri 1, 95 kq-dır. Boyları isə 45, 46 və 47 sm-dir. Onlara Elif, Eylül və Elvin adları qoyulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR