Azərbaycan vətəndaşlarını məcburi əməyə cəlb edən şəxsin cəzası azaldılıb

Azərbaycan vətəndaşlarını məcburi əməyə cəlb edən şəxsin cəzası azaldılıb
# 14 dekabr 2015 07:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycan vətəndaşlarını Rusiyada məcburi əməyə cəlb etməkdə təqsirli bilinən Səid İlyasovun apellaysiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə onun şikayəti qismən təmin edilib. S. İlyasovun cəzası 8 il 6 aydan 3 ilə endirilib.

Qeyd edək ki, S. İlyasov, qardaşları Əvəz və Rzabala İlyasovlar Azərbaycan vətəndaşlarını Rusiyanın Samara şəhərində məcburi əməyə cəlb etməkdə təqsirləndirilirlər. Səid İlyasov 2013-cü ildə həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Səid İlyasovun cinayət işi araşdırılan zaman digər qardaşları məsuliyyətə cəlb etmək mümkün olmayıb. Lakin ötən il hüquq-mühafizə orqanlarının əməkdaşları Əvəz İlyasovu həbs edə biliblər. Amma Rzabala İlyasovu həbs etmək mümkün olmayıb. Buna görə də Rzabala İlyasovun barəsində İnterpol vasitəsi ilə beynəlxalq axtarış elan edilib.

Ə. İlyasov Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsinə əsasən ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR