Azərbaycanda kompüter istehsalı 2,4 dəfə artıb

Azərbaycanda kompüter istehsalı 2,4 dəfə artıb
# 19 aprel 2016 10:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart ayarı ərzində Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 28,9 mln. manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə kompüter və digər elektron avadanlıqların istehsalı 2,4 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 2,3% artıb.

Bu ilin üç ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə səsi, təsviri və ya sair məlumatı qəbul etmək, çevirmək və ya ötürmək üçün aparatların istehsalı 2,5 dəfə, maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 3,7 dəfə artıb.

Bundan başqa, məişət soyuducularının istehsalı 5,8%, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 90,8% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR