İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 26 nəfərə çatıb

İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 26 nəfərə çatıb
# 04 noyabr 2015 22:17 (UTC +04:00)

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, xəstəxanalara müraciət edən zəhərlənənlərin ümumi sayı 91 nəfərdir, onların 9-u reanimasiyada, 6-sı isə palatalarda müalicə olunur.

Qeyd edək ki, oktyabrın 18-dən onlarla şəxs qarın ağrısı, qusma və görmək qabiliyyətinin itirilməsi şikayəti ilə xəstəxanaya müraciət edib. Həmin şəxslərin spirtli içkidən zəhərləndikləri müəyyənləşib. Onlar Türkiyənin yerli alkoqollu içkisi olan rakı qəbul etdiklərini deyiblər.

Saxta içkini istehsal etməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR