Sudanda daşqınlar nəticəsində 100 nəfər ölüb

Sudanda daşqınlar nəticəsində 100 nəfər ölüb
# 14 avqust 2016 18:52 (UTC +04:00)

Bakı-APA. Sudanda yağan güclü yağış və baş verən daşqınlar nəticəsində 100 nəfər ölüb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ən çox ziyan Eritreya ilə sərhəddə yerləşən Kasala ştatına dəyib.


İki həftə davam edən şiddətli yağışlar və daşqınlar nəticəsində burada 8 min ev dağılıb, 25 nəfər ölüb.


Təbii fəlakətlə əlaqədar 122 min insan evini tərk etmək məcburiyyətində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR