Sekuta: "ABŞ və Aİ arasında məsləhətləşmələrdə Azərbaycanın mühüm rolu xüsusi vurğulanıb"

Sekuta: "ABŞ və Aİ arasında məsləhətləşmələrdə Azərbaycanın mühüm rolu xüsusi vurğulanıb"
# 06 may 2016 11:35 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Bu yaxınlarda ABŞ-la Avropa İttifaqı arasında enerji məsələləri üzrə məsləhətləşmələr keçirilib”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, məsləhətləşmələrin əsas mövzusu Avropanın enerji təhlükəsizliyi olub və Azərbaycanın oynadığı mühüm rol xüsusi vurğulanıb: “Biz hazırda Cənub Qaz Dəhlizi üzərində Azərbaycan və Aİ ilə birgə işimizi davam etdiririk. Bu məsələ Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR