Azərbaycan prezidenti ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edib

Azərbaycan prezidenti ABŞ Dövlət Departamentinin xüsusi elçisini qəbul edib
# 29 fevral 2016 10:34 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən ikinci iclasının layihənin icrası ilə bağlı məsələlər ətrafında birgə müzakirələrin aparılması üçün uğurlu format olduğunu qeyd edib.

Prezident İlham Əliyev ABŞ hökumətinin layihəyə göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edərək, Amos Hokstaynın bu tədbirdə iştirakının önəmini vurğulayıb. Dövlət başçısı tədbirin yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

A. Hokstayn isə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasına dəvət olunmasından məmnunluğunu ifadə edib. Ötənilki iclasın səmərəli keçdiyini vurğulayan A. Hokstayn builki tədbirin layihə üçün önəmli olan indiki dövrdə baş tutmasının əhəmiyyətini qeyd edib. O, layihənin icrası istiqamətində qarşıda duran müxtəlif məsələlər ətrafında birgə fikir mübadiləsi aparılması üçün iclasın yaxşı imkan yaratdığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR