Tovuz sakinini ilan sancıb

Tovuz sakinini ilan sancıb
# 31 iyul 2016 20:17 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz rayon sakinin ilan sancıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xatınlı kənd sakini, 1972-ci il təvəllüdlü Vüqar Aslanov sol əlin ikinci barmağının ilan sancması xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, V. Aslanov əkin sahəsində işləyən zaman ilan onu sancıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR