Avqustda Azərbaycanda pul kütləsi artıb

 Avqustda Azərbaycanda pul kütləsi artıb
# 04 oktyabr 2016 15:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2016-cı ilin avqust ayının 1-nə 21 154,1 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 419,8 mln. manat və ya 19,28% azdır.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin iyul ayı ilə müqayisədə avqustda geniş mənada pul kütləsi 52,2 mln. manat və ya 0,25% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 315,7 mln. manat və ya 3,31% artaraq sentyabrın 1-nə 9 861,4 mln. manat olub, avqustda isə 235,2 mln. manat və ya 2,33% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR