Türkiyədə helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb - YENİLƏNİB-3

Türkiyədə helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB-3
# 05 iyul 2016 21:58 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Giresun əyalətində “S70” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 7-yə çatıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Giresun bələdiyyə başqanı Kərim Aksu deyib.

“Səkkiz nəfər ağır yaralanıb. Onların arasında vəziyyəti ağır olanlar var”, - deyə Aksu bildirib.

***** 21.15

Bakı - APA. Türkiyənin Giresun əyalətində “S70” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Giresun bələdiyyə başqanı Kərim Aksu deyib.

Məlumata görə, helikopterin göyərtəsində 15 nəfər - jandarma qüvvələrinin yüksək rütbəli zabitləri, onların həyat yoldaşları və üç uşaq olub. Helikopterdə həmçinin əyalət jandarma rəisi, general Mustafa Doğru da olub.

Ölənlərin ikisi zabit, ikisi onların həyat yoldaşı, ikisi isə uşaqdır. Məlumata görə, nümayəndə heyəti hərbi əməliyyatlarda şəhid olan hərbçilərin ailələrinə baş çəkməyə gedirmiş.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub. Qeyri-sabit hava şəraitin qəzaya səbəb olduğu ehtimal edilir.

Ərazidə müşahidə olunan qatı duman və leysan yağışları xilasetmə əməliyyatının aparılmasına maneçilik törədir.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin baş naziri Binali Yıldırım terror ehtimalının olmadığını qeyd edib. O da hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğunu bildirib.

***

Saat 20.43

Bakı-APA. Türkiyənin Giresun əyalətində qəzaya uğrayan hərbi helikopterin göyərtəsində əyalət jandarma rəisi Mustafa Doğru daxil olmaqla 11 nəfər olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qeyri-sabit hava şəraitin qəzaya səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.

Ərazidə müşahidə olunan qatı duman və leysan yağışları xilasetmə əməliyyatının aparılmasına maneçilik törədir.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

***

20.12

Bakı-APA. Türkiyənin Giresun əyalətində göyərtəsində 10 nəfərin olduğu Hərbi-Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, helikopterin göyərtəsində əyalətin jandarma rəisi Mustafa Doğru daxil olmaqla 10 nəfər olub.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.

Hələlik rəsmi açıqlama verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR