Gömrükçülər külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıb

Gömrükçülər külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıb
# 08 oktyabr 2016 09:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa yük yerindən və salonundan gömrük nəzarətindən gizlədilən 24 800 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR