“ASAN Könüllüləri” “Əsgərə Məktub!” layihəsinə start verib

“ASAN Könüllüləri” “Əsgərə Məktub!” layihəsinə start verib
# 05 aprel 2016 08:39 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlığımızı, var gücümüzlə dəstəyə və döyüşə hazır olduğumuzu bildirmək, onlarda ruh yüksəkliyini daha da artırmaq üçün “ASAN Könüllüləri” “Əsgərə Məktub!” layihəsinə start verib”. Bu barədə APA-ya “ASAN xidmət”in informasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində ayrılmış xüsusi məntəqələrə yaxınlaşaraq hər bir Azərbaycan vətəndaşı mənəvi dəstəyini əsgərlərə göstərə bilər: “Dövlətimiz tərəfindən hər cür maddi-texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinə ən böyük ehtiyacı olan mənəvi dəstəyi vətəndaşlarımız ünvanladığı məktublarla çatdıracaqlar. Xalqımızın birliyini simvolizə edəcək toplanan bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılacaq”.

“ASAN Könüllüləri Təşkilatı olaraq inanırıq ki, könüllülərimizin bu təşəbbüsü hər bir vətəndaş tərəfindən dəstək görəcək və ölkəmizin qazanacağı böyük qələbəyə kiçik bir töhfə olacaq” – deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR