BMT baş katibi cəbhə xəttindəki vəziyyətə münasibət bildirib

BMT baş katibi cəbhə xəttindəki vəziyyətə münasibət bildirib
# 02 aprel 2016 23:39 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Qi Mun Dağlıq Qarabağda toqquşmala zamanı ağır silahlardan istifadə olunmasından və çoxlu sayda qurbanların olmasından dərin narahatlığını bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, BMT mətbuat xidmətinin bəyanatına əsasən, baş katib bütün tərəfləri hərbi əməliyyatlara son qoymağa, atəşkəs rejiminə tam əməl etməyə və vəziyyətin sabitləşməsi üçün addımlar atmağa çağırıb.

Pan Qi Mun bununla əlaqədar BMT Minsk Qrupunu və münaqişənin nizamlanması üzərində çalışan bütün tərəfləri tam dəstəklədiyini təsdiqləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR