Ədliyyə Nazirliyi yanında İctimai Komitənin veb səhifəsi təqdim olunub

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin veb səhifəsi təqdim olunub
# 19 iyul 2016 12:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Ədliyyə Nazirliyi yanında İctimai Komitənin veb səhifəsinin təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, veb səhifə "www.publiccommittee-az.org" ünvanında yerləşir. Tədbirdə bildirilib ki, veb səhifə Avrasiya Əməkdaşlıq Fondunun ayırdığı qrant vəsaiti üzrə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "Cəzaçəkmə müəssisələrində cəza çəkən və həssas qrupa daxil olan məhkumların sosial problemlərinin həllinə yönələn ictimai vəkillik" layihəsinin icrası dövründə yaradılıb.

Tədbirdə qeyd olunub ki, bu il mart-iyun tarixlərində Penitensiar Xidmətin 10 cəzaçəkmə müəssisəsində monitorinqlər həyata keçirilib və hesabat hazırlanıb. Layihənin icrası dövründə 10 cəzaçəkmə müəssisəsində 80 nəfərə qədər məhkuma hüquqi yardım göstərilib. Bəzi məhkumlara uzun müddətli yardım lazım olduğu üçün onlarla bağlı yardım prosesi davam edir.

Bildirilib ki, məhkumlar əsasən vaxtından əvvəl şərti azadlığa buraxılma, protezlərin yenilənməsi, ailələri üçün sosial müavinətlərlə, əlilliyin verilməsi, müalicə və diaqnostika ilə bağlı müraciətlər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR