Bu il “Günəşli” yatağından hasil edilən neft və qazın həcmi açıqlanıb

Bu il “Günəşli” yatağından hasil edilən neft və qazın həcmi açıqlanıb
# 26 avqust 2016 12:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində SOCAR-ın ən böyük neft-qaz hasilatçısı olan “Azneft” İstehsalat Birliyinin “28 May” Neft-qazçıxarma İdarəsi (NQÇİ) 2 385 706 ton neft, 2 819 074 min kubmetr qaz hasil edib.

APA-Economics”in rəsmi mətbuata istinadən verdiyi məlumata görə, hasil edilmiş neftin 1 873 574 tonu qazlift, 512 132 tonu isə fontan üsulu ilə çıxarılıb.

Hasil olunan neftin 99,52%-i və ya 2 374 063 tonu keçən ildən keçən quyuların, 0,38%-i və ya 9 153 tonu fəaliyyətsiz fonddan daxil olan quyuların, 0,1%-i və ya 2 490 tonu isə təzə alınmış quyuların hesabına olub. Hesabat dövründə “Günəşli” yatağı üzrə sulaşma faizi 22,9%, düşmə tempi neftə görə 4,5%, qaza görə 7,3% olub.

Hasil edilmiş qazın 690 442 min kubmetri səmt qazı, 2 128 632 min kubmetri isə təbii qaz olub. Keçən ildən keçən quyulardan 2 127 828 min kubmetr, təzə quyulardan 804 min kubmetr təbii qaz hasil edilib. 7 ayda NQÇİ üzrə 4 yeni quyu istismara daxil edilib ki, onlardan 3-ü qazmadan, 1-i isə digər fonddan alınıb. Fəaliyyətsiz quyu fondundan 3 quyu istismara daxil edilib.

“Günəşli” yatağında lay təzyiqinin saxlanması və layların neftveriminin artırılması məqsədilə laylara su vurulması üsulu tətbiq edilir ki, bu ilin 7 ayı ərzində bu məqsədlə laylara 497 574 kubmetr su vurulub və bunun hesabına 7139 neft hasil olunub.

Fəaliyyətdə olan quyu fondunu saxlamaq və neft hasilatını artırmaq məqsədi ilə hesabat dövründə plan üzrə 20 geoloji tədbirə qarşı 24 tədbir həyata keçirilib və bu tədbirlər nəticəsində 28 036 ton əvəzinə 39 435 ton neft hasil olunub. Ötən müddət ərzində 181 texniki tədbir əvəzinə 187 texniki tədbir həyata keçirilib və nəticədə 11 100 ton əvəzinə 11 190 ton neft alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR