Həbsdə olan sabiq nazir məhkəmədə ifadə verib

 Həbsdə olan sabiq nazir məhkəmədə ifadə verib
# 13 iyun 2016 16:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu barədə APA-ya məlumat verən vəkil Vüqar Xasayev bildirib ki, iş üzrə məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən V. Ələsgərov özünü təqsirli bilmədiyini deyib. Proses iyunun 14-də davam edəcək.

Qeyd edək ki, V. Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə yenidən məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda və digər cinayətlərdə ittiham olunur.

V. Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR