Azərbaycanın xarici işlər naziri Gürcüstana yola düşüb

Azərbaycanın xarici işlər naziri Gürcüstana yola düşüb
# 18 fevral 2016 15:18 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin fevralın 19-da Tiflis şəhərində keçirilən üçtərəfli görüşündə iştirak etməkdir.

Qeyd edək ki, bu, üç ölkənin nazirlərinin bu formatda beşinci görüşü olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR