İrandan Azərbaycana narkotik vasitə gətirən şəxs saxlanılıb

İrandan Azərbaycana narkotik vasitə gətirən şəxs saxlanılıb
# 05 avqust 2016 09:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Qoşa Təpə”gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama nəticəsində, saxlanılan şəxsin daxili orqanından (düz bağırsağından) 5 ədəd bükümdə, xalis çəkisi 167,512 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Vətəndaş izahatında bildirib ki, onun üzərində aşkar edilən narkotik vasitəni İranın Biləsuvar şəhərində Azərbaycandan olan digər şəxslə birlikdə əldə edib. Verilən əlamətlərə uyğun gələn həmin Azərbaycan vətəndaşı da İrandan Azərbaycana piyada gələrkən “Qoşa Təpə” gömrük postunda saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR