Ermənistanda bir ailənin 7 üzvünü öldürən rusiyalı hərbçiyə avqustun 23-də hökm oxunacaq

Ermənistanda bir ailənin 7 üzvünü öldürən rusiyalı hərbçiyə avqustun 23-də hökm oxunacaq
# 19 avqust 2016 14:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistanda Avetisyanlar ailəsinin qətlində ittiham olunan rusiyalı hərbçi Valeri Permyakova hökm avqustun 23-də oxunacaq.

APA-nın “Armenpress”ə istinadən verdiyi məlumata görə, bu gün Gümrüdə Rusiyaya məxsus 102-ci hərbi bazanın ərazisində Permyakov işi ilə bağlı növbəti məhkəmə iclası keçirilib.

Təqsirləndirilən şəxsin vəkili Eduard Aqadjanyan müdafiə nitqi ilə çıxış edib. Rusiyalı hərbçi son söz deməkdən imtina edib.

Qeyd edək ki, 2015-ci il yanvarın 12-də Gümrü şəhərində Avetisyanlar ailəsi güllələnib. Cinayəti törətməkdə Gümrüdə yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov şübhəli bilinib. Rusiya qarnizon məhkəməsi onu fərarilik və silah oğurladığına görə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il müddətinə azadlıqdan məhrum edib. 2015-ci ilin yanvarın 12-də Avetisyanlar ailəsinin 6 üzvünün qətlə yetirilməsi faktı üzrə cinayət işi əlavə icraata ayrılaraq Ermənistan tərəfinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR