Türkiyə səfiri: "Həm sevincdə, həm də kədərdə Azərbaycanla birlikdəyik”

Türkiyə səfiri: "Həm sevincdə, həm də kədərdə Azərbaycanla birlikdəyik”
# 26 fevral 2016 13:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Bu gün Azərbaycanın yaxın tarixindəki ən acı səhifələrdən birinin - Xocalıda 24 il əvvəl erməni silahlıları tərəfindən azərbaycanlı qardaşlarımıza qarşı edilən vəhşiliyin ildönümüdür”.

APA-nın məlumatına görə, bu sözləri Xocalı faciəsinin ildonümü ilə əlaqədar “Xocalı” abidəsini ziyarət edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan haqqında danışanda hər zaman könül birliyi vurğulanır: “Həm sevincdə, həm kədərdə birlikdə olduğumuz deyirik. Azərbaycanın bu acı günündə şübhəsiz ki, bizlər də Anadoludakı qardaşları olaraq onlarla bir ürək olaraq bu acını ən dərin şəkildə hiss edirik. Hər il Azərbaycanda anım mərasimlərinə biz də qatılırıq. Ötən il Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gələrək Azərbaycan rəsmiləri ilə birlikdə Xocalı faciəsi qurbanlarını anmışdı. Azərbaycanımızın yaxın tarixindəki bu acı günü biz də hörmətlə anırıq”.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunun rəhbərliyi ilə səfirliyin əməkdaşları “Xocalı” abidəsini ziyarət edərək soyqırımı qurbanlarını yad ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR