Bakı. Fərid Mirzəyev – APA. Qurban bayramı ilə əlaqədar 12-13 sentyabrda “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək. “ASAN xidmət”dən APA-ya verilən məlumata görə, sentyabrın 14-dən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.