Pentaqon: ABŞ İraq qüvvələrinə Mosulu İŞİD-dən azad olunmasına kömək edəcək

Pentaqon: ABŞ İraq qüvvələrinə Mosulu İŞİD-dən azad olunmasına kömək edəcək
# 01 mart 2016 01:33 (UTC +04:00)

Bakı-APA. ABŞ İraq qüvvələrinə Mosulu İŞİD-dən azad olunmasına kömək edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter deyib.

“Köməyimizin miqyası Ramadi şəhərinin azad edilməsində göstərdiyimiz dəstəkdən daha geniş olacaq”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, təlim və hazırlıqdan savayı, həmçinin, loqistika və mühəndis dəstəyi də göstəriləcək. Nazir dəstəyin nə vaxt göstəriləcəyini açıqlamayıb, lakin Mosulun azad edilməsi əməliyyatının artıq həyata keçirildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR