Milli Məclisin üzvləri AŞPA komitələrinin iclaslarında iştirak edəcək

Milli Məclisin üzvləri AŞPA komitələrinin iclaslarında iştirak edəcək
# 24 sentyabr 2016 14:22 (UTC +04:00)

Bakı – APA. Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi məsələlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 25-də İslandiyanın paytaxtı Reykyavikə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda İŞİD terror qruplaşmasının maliyyələşməsi, Livanda vəziyyət, Avropada regional təhlükəsizlik riskləri, Qırğızıstan parlamenti ilə demokratiya naminə əməkdaşlığın inkişaf etdirilməsi və digər mövzularda müzakirələr aparılacaq.

S. Hacıyev müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq. Səfər sentyabrın 27-də başa çatacaq.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva isə AŞPA çərçivəsində keçiriləcək tədbirlə əlaqədar sentyabrın 27-də Fransanın Strasburq şəhərinə səfər edəcək. Millət vəkili Uşaq hüquqları məsələləri üzrə müvəqqəti komitənin birinci iclasında iştirak edəcək, yığıncaqda qaldırılan məsələlərə münasibət bildirəcək. Səfər sentyabrın 30-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR