“Binagadi Oil Company” şirkətinin bələdiyyəyə qarşı şikayəti təmin edilməyib

“Binagadi Oil Company” şirkətinin bələdiyyəyə qarşı şikayəti təmin edilməyib
# 16 mart 2016 07:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində “Binəqədi Oil Company” şirkətinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.


Qeyd edək ki, şirkət Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Şirkət iddia ərizəsində Namazov Seryoja Yəhya oğlu, Əhmədov Elşən Əhməd oğlunun adına torpaq sahəsi ayrılması barədə 243 saylı 2006-cı il tarixli sərəncamın və 11 oktyabr 2002-ci il tarixli qərarın etibarsız hesab edilməsini istəyib. Məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edib. Apellyasiya şikayəti həmin qərardaddan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR