Britaniyalı deputat: “Ermənistan qətnamələrə riayət etmirsə, sanksiyalar tətbiq edilməlidir”

Britaniyalı deputat: “Ermənistan qətnamələrə riayət etmirsə, sanksiyalar tətbiq edilməlidir”
# 03 aprel 2016 17:56 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniya parlamentinin deputatı Stefen Hepburn Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı bəyanat verib.

APA-nın məlumatına görə, Stefen Hepburn bildirib ki, son 20 il ərzində ən ağır döyüşlər və insan tələfatı ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü onu dəhşətə gətirir.

Bəyanatda qeyd edilir ki, dünya Ermənistanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmasını tələb edən dörd qətnaməsinin tələblərini yerinə yetirməyə məcbur etməlidir: “Artıq bunun vaxtıdır və Ermənistan BMT Təhlükəsizlik Şurasınına qətnamələrinə riayət etmirsə, onun rəhbərliyinə qarşı müvafiq sanksiyalar tədbiq edilməlidir. Azərbaycana qarşı həyata keçirilən insan tələfatı və təcavüz siyasətinə son qoyulmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR