Bordyuja: “Dağlıq Qarabağ münaqişəsi siyasi yolla həlli edilməlidir”

Bordyuja: “Dağlıq Qarabağ münaqişəsi siyasi yolla həlli edilməlidir”
# 04 aprel 2016 08:34 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyi təmas xəttində yaranan vəziyyəti diqqətli şəkildə izləyir”.

APA-nın “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə KTMT baş katibi Nikolay Bordyuja bildirib. “Quruma üzv dövlətlərin bununla bağlı mövqeyi dəfələrlə bəyan edilib: atəş dayandırılmalı və Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir. Aydın olan bir məsələ var: hamıya ancaq sülh lazımdır”, - deyə o, söyləyib.

Baş katib əlavə edib ki, bu münaqişə mövcud beynəlxalq mexanizmlər çərçivəsində ancaq siyasi yollarla həll edilməlidir.

Qeyd edək ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR