Sabah ATƏT Parlament Assambleyasının Büro iclası keçiriləcək

Sabah ATƏT Parlament Assambleyasının Büro iclası keçiriləcək
# 10 aprel 2016 15:05 (UTC +04:00)

Bakı-APA. Sabah Danimarkanın Kopenhagen şəhərində ATƏT Parlament Assambleyasının Büro iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü, Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev iştirak edəcək.

İclasda ATƏT PA-nın yay sessiyasında müzakirə olunacaq layihələr təqdim ediləcək, ATƏT PA-nın fəaliyyəti, seçkiləri müşahidə missiyaları və keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılacaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR