Gəncədə avtomobil səkiyə çırpılıb, sürücü ağır xəsarət alıb

Gəncədə avtomobil səkiyə çırpılıb, sürücü ağır xəsarət alıb
# 13 aprel 2016 17:44 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə-Samux avtomobil yolunda ağır yol-nəqliyyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, “VAZ-21011” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı səkiyə çırpılıb.

Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Xəsarət alan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR